
Bakı. Trend:
“Yadplanetli gəmisi” ləqəbi ilə tanınan ulduzlararası obyekt
3I/ATLAS-ın qeyri-adi davranışı dünya liderlərinin diqqətini cəlb
edib və genişmiqyaslı planetar müdafiə təlimlərinə səbəb olub.
Trend xəbər verir
ki, məlumatı Daily Star qəzeti yayıb.
Nəşr qeyd edir ki, dünya hökumətləri obyektin gözlənilməz
hərəkətlərinə hazırlaşır. Avropa Kosmik Agentliyi bütün planetar
müdafiə triadasını aktivləşdirib, Yaponiya sürətləndirilmiş
təlimlər keçirib, ABŞ isə yüksək hündürlükdə orbital uçuşu izləmək
üzrə məşq təşkil edib. Avstraliya, Cənubi Koreya və Braziliya da
birgə təlimlərdə iştirak edir.
1 dekabrda 3I/ATLAS Yerə yaxınlaşdıqca davranışını dəyişib:
obyektin parlaqlığı altı gün ərzində üçdə birdən çox azalıb.
Alimlər bunun kometin Günəşdən uzaqlaşması və daha az işığı əks
etdirməsi ilə əlaqəli olduğunu bildirirlər.

