Biləsuvar-Bəhrəmtəpə magistralında yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, qəza Biləsuvar–Bəhrəmtəpə magistralında, Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Qoşqulu olan “KamAZ” markalı yük maşını əks istiqamətdə hərəkətdə olan “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Zərbə nəticəsində minik avtomobilində olan şəxslər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb, minik avtomobilinin qarşıdan gələn “KamAZ”ın hərəkət zolağına çıxması olub.
Faktla bağlı araşdırma aparılır.

