Biləsuvarda qəza – yaralılar var

Baş səhifə

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Modern.az xəbər verir ki, hadisə Biləsuvar rayonu ərazisində qeydə alınıb.

Hadisə zamanı minik avtomobili yük avtomobilinə çırpılıb. Qəza nəticəsində 4 nəfər Cəlilabad rayon sakini, 1948-ci il təvəllüdlü Şamil Ataşov, 1958-ci il təvəllüdlü Səmayə Ataşova, 2010-cu il təvəllüdlü Həsən Nuriyev və 1978-ci il təvəllüdlü Kəmalə Ataşova xəsarət alıblar.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.