
Emin Əmrullayev
Gürcüstanda xeyli sayda Azərbaycanlı yaşayır və onlar həm öz ana dillərini, həm də dövlət dili olan gürcü dilini öyrənməlidir.
Bunu “Report”un Gürcüstan bürosuna bu ölkəyə səfər edən Azərbaycanın təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlıların bu və digər dildə ali təhsil almaq imkanları məhdud olmamalıdır:
“Soydaşlarımızın Gürcüstan universitetlərində təhsil alması istiqamətində “1 plus 4″ (1+4) (1 il dil öyrənmək, 4 il təhsil – red.) proqramı var. Bu proqramın faydası olub. Amma, eyni zamanda, həmin vətəndaşların müxtəlif dillərdə təhsil alması üçün, ali təhsil müəssisələrinə qəbul əldə etmək üçün imkanları genişlənməlidir”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

