
“Qalatasaray” “Atalanta”nın futbolçusu Ademola Lookmanın xidmətində maraqlıdır.
Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi nigeriyalı futbolçunu transfer etmək üçün hərəkətə keçib. “Fichajes”də dərc edilən xəbərə görə, Ademola Lookman “Qalatasaray”ın transfer siyahısında prioritet futbolçudur. Xəbərə görə, Türkiyə nəhəngi futbolçu üçün astronomik təklif irəli sürüb. “Qalatasaray”ın “Atalanta”ya 50 milyon avro, futbolçuya isə illik 6 milyon avro məvacib təklif etdiyi irəli sürülüb.
Transfer reallaşarsa bu, 75 milyon avroya transfer edilən Viktor Osimhendən sonra Türkiyə Super Liqasının ən bahalı ikinci transferi olacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

