Nazir: Akademik Yusif Məmmədəliyevin tədqiqatları Azərbaycan elminə böyük töhfələr verib

Baş səhifə
Nazir: Akademik Yusif Məmmədəliyevin tədqiqatları Azərbaycan elminə böyük töhfələr verib

Akademik Yusif Məmmədəliyevin tədqiqatları Azərbaycan elminə böyük töhfələr verib.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev dekabrın 4-də Bakıda keçirilən Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Yusif Məmmədəliyev: Elm. irs. innovasiyalar” adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Y.Məmmədəliyev XX əsrdə Azərbaycanın ən görkəmli alimlərindən biri olub:

“Elmdəki fədakarlığı sayəsində ölkəmizin və dünyanın inkişafında izlər qoyub. Onun yaratdığı elmi istiqamətlərin hər biri elm sahəsində iz qoyub. Azərbaycanda bəzi mühüm elmi müəssisələrin yaradılması Yusif Məmmədəliyevin adı ilə bağlıdır”.

Nazir həmçinin bildirib ki, alimin tədqiqatları sənayeyə birbaşa inteqrasiya edilib:

“Yusif Məmmədəəliyevin tədqiqatları ölkənin inkişafına böyük töhfə verib. Onun böyük elmi irsi bu gün də istifadə edilir”.