İngiltərə Premyer Liqası: “Çelsi” məğlub olub, “Liverpul” öz meydanında yenə xal itirib

Baş səhifə

Futbol üzrə İngiltərə Premyer Liqasında 14-cü turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günə 6 qarşılaşma ilə yekun vurulub.

Lider “Arsenal” doğma meydanda “Brentford”u məğlub edib: 2:0. Merino və Saka “topçular”a qalibiyyəti gətirən qolları vurub.

“Kristal Pelas” “Börnli” səfərindən 3 xalla qayıdıb: 1:0.

“Brayton” – “Aston Villa” matçında isə nə az, nə çox 7 qol vurulub. Nəticədə gülən tərəf qonaqlar olub: 3:4.

“Lids” evində “Çelsi”ni qəbul edib. “Zadəganlar” bu səfərdən xalsız ayrılıb, autsayder “Lids” inamlı qələbə qazanıb: 3:1.

“Liverpul” isə mövsümün sürpriz komandalarından olan “Sanderlend”ə “Enfild Roud”da “diş keçirə bilməyib” – 1:1.