Cənubi Koreya və ABŞ arasında nüvə əməkdaşlığı genişlənir

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp istifadə olunmuş nüvə yanacağının
yenidən işlənməsi və uranın zənginləşdirilməsi işlərinin Cənubi
Koreyada həyata keçirilməsini təklif edib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Li
Çje Myon Seulda keçirilən mətbuat konfransında deyib.




Onun sözlərinə görə, bu proses üçün iki ölkə arasında 50/50
nisbətində birgə müəssisənin yaradılması planlaşdırılır.

Dövlət başçısı, həmçinin danışıqların yaxşı keçdiyini və növbəti
mərhələlərin icrası üçün ABŞ ticarət naziri Hovard Lutnikin təyin
edildiyini bildirib.