Bakı. Trend:
Ağ Ev tərəfindən həyata keçirilən kəşfiyyat xidmətlərinin
optimallaşdırılması çərçivəsində ABŞ Milli Təhlükəsizlik
Agentliyinin (NSA) elektron və kiber kəşfiyyat, eləcə də elektron
rabitə şəbəkələrinin mühafizəsi ilə məşğul olan əməkdaşlarından 2
mini ixtisara düşüb.
Trend xəbər verir
ki, məlumatı “Defence One” nəşri yayıb.
Agentliyin dəqiq işçi sayı açıqlanmır, lakin keçən il Merilend
ştatında yayımlanan məlumat vərəqinə əsasən, NSA-da 39 000 əməkdaş
çalışırdı.

