Bakı. Trend:
Peruda prezidentliyə namizəd Rafael Belaundeyə sui-qəsd cəhdi
olub.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Rafael Belaunde avtomobilinə açılan
atəş nəticəsində xəsarət almadan hadisə yerindən çıxmağı
bacarıb.
Namizədin avtomobilinə bir neçə güllə dəydiyi bildirilib.
Rafael Belaunde Perunun sabiq dövlət başçısı Fernando
Belaundenin nəvəsidir. O, son aylarda aparılan sorğularda
prezidentliyə namizədlər arasında aşağı göstəricilərlə yer
alır.
Qeyd edək ki, Peruda prezident seçkilərinin 2026-cı aprelin
12-də keçirilməsi planlaşdırılır.

