Masazırda qadının pul kisəsi oğurlanıb

Baş səhifə

Bakı.Trend:

Abşeron rayonunda soyğunçuluq hadisəsi olub.

Trend-in
məlumatına görə, zərərçəkən polisə müraciət edərək bildirib ki,
naməlum şəxs Masazır qəsəbəsi ərazisində ona məxsus “Hyundai”
markalı avtomobildən içərisində 1800 manat olan pul kisəsini açıq
talama yolu ilə ələ keçirib.

Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən 39
yaşlı E.Qarayevi müəyyən edərək saxlayıblar.




Rayon ərazisində keçirilən digər tədbir zamanı isə Xırdalan
şəhər sakininin velosipedini oğurlamaqda şübhəli bilinən, keçmişdə
də məhkum edilmiş 35 yaşlı R.Abbasov da tutulub.

Hər iki fakt üzrə araşdırmalar aparılır.