Bakının bu ərazisində işıq olmayacaq

Baş səhifə

Bakı. Trend:

Bakının Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə elektrik
enerjisinin verilişində fasilə yaranacaq.

Trend xəbər
verir ki, bu barədə Azərişıq ASC məlumat yayıb.




Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi
(RETSİ) ərazisində 23 saylı Transformator Məntəqəsində (TM) 1
dekabr tarixində təmir-təftiş işləri həyata keçiriləcək. Bununla
əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Biləcəri qəsəbəsi A.
Zeynalov küçəsi 41, 43 və 47 ünvanlarında, eləcə də yaxınlıqda
yerləşən avtomobil parkı, su nasosxanası, bəzi ticarət
müəsissələrində elektrik enerjisinin verilişində məhdudiyyət
yaranacaq. Təmir-təftiş işləri başa çatdıqdan sonra sözügedən ərazi
daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.