Bakı. Trend:
Şimali Koreya lideri Kim Çen In ölkənin Hərbi Hava Qüvvələrini
döyüş əməliyyatları üçün yeni strateji silahlarla təmin edəcəyinə
söz verib.
Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf
Agentliyi xəbər verib.
“Yoldaş Kim Çen In yeni strateji hərbi vasitələrlə təchiz
olunmuş Hərbi Hava Qüvvələrimizə yeni vacib bir vəzifə həvalə
ediləcəyini deyib”, – deyə agentlik bildirib.
Şimali Koreya lideri Hərbi Hava Qüvvələrinin yaradılmasının 80
illiyi münasibətilə 2-ci Hava Diviziyasının 59-cu alayında
keçirilən şənliklərdə çıxış etsə də, onların hansı tapşırıqlarla və
ya hansı yeni vasitələrlə yerinə yetiriləcəyini
dəqiqləşdirməyib.

