
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, bir həftə ərzində 92 şübhəli saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” səhifəsində məlumat paylaşıb.
O qeyd edib ki, həmin şəxslər arasında FETÖ-nün hazırkı strukturu daxilində fəaliyyət göstərən, təşkilat ilə əlaqəli saxta yardım qurumlarına maliyyə təmin edən, sosial mediada FETÖ təbliğatı aparan və xaricə qaçmağa cəhd edənlərdir.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

