
Bakı. Trend:
Noyabrın 28-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki
dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 341, o
cümlədən borclu şəxs qismində axtarışda olan 319 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

