
İspaniya mətbuatında “Real Madrid”in futbolçusu Arda Güler barədə yeni xəbər dərc edilib.
Metbuat.az xəbər verir ki, şərhdə Cud Bellinghem və Arda Gülerin rəqabətinə toxunulub. “El Larguero” qəzetinin müxbiri Antonio Romeronun şərhinə görə, Cud Bellinghem 90 dəqiqə uğurlu oyun nümayiş etdirə bilmir. Futbolçunun meydanda töhfə vermədiyi irəli sürülüb. Şərhə görə, Arda Güler Bellinghemin mövqeyində daha uğurlu oyun nümayiş etdirir. Antonio Romero bildirib ki, Cud Bellinghem “Real Madrid”in ən böyük ulduzlarından biridir. Bundan əlavə, ingilis futbolçu yaxşı fiziki vəziyyətdə olduqda, komandaya əhəmiyyətli töhfə verir. Onu heyətdən kənarda qoymaq məntiqli olmaz.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında “Olimpiakos”la səfər oyununda Cud Bellinghem ikinci hissədə Arda Gülerin əvəzinə meydana daxil olmuşdu. İddialara görə, baş məşqçi Xabi Alonso “Real”ın 4-3 hesablı qələbəsi ilə yekunlaşan oyundan sonra Ardadan üzr istəyib. Alonsonun sözlərinə görə, Arda oyundan çıxandan sonra “Real Madrid” hücum səylərini dayandırıb və təhlükəli vəziyyətlər yarada bilməyib.

