
Sumatra adasının şimalında (İndoneziya) daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti yerli xilasetmə xidmətlərinə istinadən yazıb.
Məlumata görə, 95 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, ən azı 65 nəfər itkin düşüb.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

