
Bakı.Trend:
Abşeron rayonunda yerləşən marketlərdə silsilə talama
cinayətləri qeydə alınıb.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, naməlum şəxs ayrı-ayrı vaxtlarda rayonun Saray
qəsəbəsindəki marketlərə daxil olaraq 9270 manat nağd pul, 580
manat dəyərində tütün məmulatları və 400 manatlıq lotereya
biletləri oğurlayıb.
Abşeron RPİ-nin Saray Polis Bölməsi əməkdaşları tərəfindən
keçirilən tədbir nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən
əvvəllər məhkum olunmuş 30 yaşlı Xəyal Rüstəmov saxlanılıb.
Saxlanılan şəxsin marketlərə daxil olması, eyni zamanda pul,
tütün məmulatları, eləcə də lotereyaları oğurlama anı və hadisə
yerindən uzaqlaşması təhlükəsizlik kameraları vasitəsilə də lentə
alınıb.
Faktlarla bağlı X.Rüstəmov barəsində Cinayət Məcəlləsinin
müvafiq maddəsilə cinayət işi başlanılıb. Araşdırmalar davam
etdirilir.

