ADY və Rusiya Dəmir Yolları arasında mühüm razılaşma: Əməliyyatlar rəqəmsallaşdırılır (FOTO)

Baş səhifə

Bakı. Trend:

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları”
QSC-nin (ADY) sədri Rövşən Rüstəmov və “Rusiya Dəmir Yolları”
ASC-nin baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov
arasında görüş keçirilib.

Bu barədə Trend-ə ADY-dən məlumat verilib.

Bildirilib ki, görüş zamanı iki ölkənin dəmir yolu
administrasiyaları arasında əməkdaşlığın inkişafı və qarşılıqlı
fəaliyyətin gücləndirilməsi, marşrutların səmərəliliyinin
yüksəldilməsi və daşıma proseslərinin təhlükəsizliyinin təmin
edilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub.




Tərəflər yükdaşımaların rəqəmsallaşdırılması, o cümlədən
rəqəmsal həllərin tətbiqi, məlumat mübadiləsinin sürətləndirilməsi
və logistika zəncirinin optimallaşdırılması istiqamətində görülən
işlər barədə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda “Azərbaycan Dəmir Yolları” QSC və “Rusiya Dəmir
Yolları” ASC arasında məlumatların ikitərəfli elektron mübadiləsi
haqqında saziş imzalanıb. Saziş yük daşımalarının effektivliyinin
artırılmasına və rəqəmsal sənəd dövriyyəsinin həyata keçirilməsinə
tam imkan verəcək.