Bakı. Trend:
Türkiyənin Şırnak vilayətində ağır yol qəzası baş verib.
Trend xəbər verir
ki, Silopi rayonunda yanacaqdaşıyan maşın tələbələrin olduğu
avtobusla toqquşub.
Hadisə nəticəsində avtobus sürücüsü və 13 tələbə yaralanıb.
Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.
Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma
başlanıb.

