
Türkiyəli məşhur müğənni Sərdar Ortaç 6 il əvvəl boşandığı irlandiyalı aktrisa Chloe Loughnandan ağlasığmaz üsulla qisas alıb.
Metbuat.az xəbər verir ki, cütlük 2014-cü ildə ailə həyatı qurub. Amma bu izdivac 2019-cu ildə pozulub. Bundan sonra Sərdar Ortaç keçmiş arvadına 1 milyon türk lirəsi təzminat ödəmək məcburiyyətində qalıb.
Yerli İKV yazır ki, müğənni o vaxt bu məbləği ödəməyə çətinlik çəkib. Bunu görən aktrisa onun evinə məhkəmə icraçılarını göndərib.
Türkiyənin “Yeniçağ” qəzetinin müxbiri Müge Dağıstanlı Erdoğan iddia edir ki, Ortaçın bu hadisəyə reaksiyası çox sərt olub. O, Chloe Loughnanın bütün bahalı çantalarını, ətirlərini, ayaqqabılarını və kostyumlarını zibil yeşiklərinə yığaraq, İstanbulda gecəqonduların olduğu məhəllələrdə yaşayan kasıb insanlara göndərib.

