Türkiyənin Gürcüstanda qəzaya uğrayan təyyarənin “qara qutu”sunun oxunması iki ay vaxt aparacaq

Baş səhifə

Bakı. Trend:

Türkiyənin Gürcüstanda qəzaya uğrayan “C-130” təyyarəsinin “qara
qutu”sunun oxunması iki ay vaxt aparacaq.

Trend xəbər verir ki, bu
barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

O söyləyib ki, ilkin nəticələrin əldə edilməsi prosesi ən azı 2
ay çəkir.




Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə
məxsus “C-130” hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan
27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya
uğrayıb.

Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri
daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.