Bakı. Trend:
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl
Flinn Rusiyanın 2016-cı il prezident seçkisinə müdaxiləsi işi üzrə
məhkəməyə verildiyi üçün hökumətdən 50 milyon dollar təzminat tələb
edib.
Trend xəbər verir
ki, “Bloomberg” məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
ABŞ Ədliyyə Nazirliyi yaydan bəri Flinnlə razılaşmaq üçün
danışıqlar aparır. Flinn iddianı 2023-cü ildə qaldıraraq keçmiş
xüsusi müşavir Robert Müller tərəfindən haqsız yerə hədəf
alındığını bildirib.
Flinn milli təhlükəsizlik üzrə müşavir vəzifəsində 23 yanvar –
13 fevral 2017-ci il tarixləri arasında çalışıb. O, ABŞ-ın o vaxtkı
vitse-prezidenti Mayk Pensi Rusiyanın Vaşinqtondakı səfiri Sergey
Kislyakla etdiyi danışıqlar barədə tam məlumat vermədiyi üçün
istefaya məcbur edildiyini bildirib. ABŞ Prezidenti Donald Tramp
isə Flinnin istefa qərarından təəssüfləndiyini açıqlamışdı.

