Bakı. Trend:
Hindistanın cənubunda ölkənin hərbi hava qüvvələrinə aid təlim
təyyarəsi qəzaya uğrayıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, “Pilatus PC-7” təyyarəsi təlim uçuşu zamanı
Çennay şəhərinin rayonlarından birində yerə çırpılıb.
Pilot vaxtında katapult edərək sağ qalıb.

