
Bakıda Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyinin 42-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilir.
“Report” xəbər verir ki, tədbir Gürcüstanda baş verən təyyarə qəzasında həlak olan Türkiyə hərbçilərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Azərbaycanın və Şimali Kiprin Dövlət himnləri səsləndirilib.
Qəbulda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, iş adamları, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edirlər.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

