
Naxçıvanda yanacaqdoldurma məntəqəsində baş verən yanğın nəticəsində 3 nəfər zəhərlənib.
APA-nın yerli bürosu xəbər verir ki, zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərilib
***
18:56
Naxçıvanda yanacaqdoldurma məntəqəsində yanğın başlayıb.
APA xəbər verir ki, yanğın yanacaqdoldurma məntəqəsinin ambarında baş verib.
Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvam Şəhər Polis İdarəsinin və Təcili Tibbi Yardım xidmətinin əməkdaşları cəlb olunub.

