ADB: Dünya ölkələri cari çağırışları nəzərə almaqla KOB strategiyasını təshih edir

Baş səhifə
ADB: Dünya ölkələri cari çağırışları nəzərə almaqla KOB strategiyasını təshih edir

Cari qlobal çağırışlar dünya ölkələrinin hökumətlərini kiçik və orta sahibkarlığın (KOB) inkişafı üzrə strategiya və yanaşmaları yenidən nəzərdən keçirməyə məcbur edir.

“Report”un məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının (ADB) Yaponiya üzrə icraçı direktoru Şigeo Şimizu (Shigeo Shimizu) Bakıda keçirilən “Asiya Kiçik və Orta Sahibkarlıq Monitorinqi 2025″in təqdimat seminarında bildirib.

“Lakin onların miqyası, eləcə də necə və harada fəaliyyət göstərmələri haqqında demək olar ki, etibarlı məlumat yoxdur. Belə məlumatların çatışmazlığını nəzərə alaraq, ASM etibarlı məlumat bazasının yaradılması vəzifəsini öz üzərinə götürüb”, – Ş.Şimizu vurğulayıb.

Onun sözlərinə görə, qarşıda hələ çox iş var: “Məlumat bazası artıq yaxşı vəziyyətdədir, lakin doldurulmalı boşluqlar qalır”.

İcraçı direktor vurğulayıb ki, hazırda dünya ticarətində qeyri-müəyyənlik mövcuddur: “Buraya tarif müharibələrindən tutmuş Rusiyanın Ukraynaya davam edən müdaxiləsi və geosiyasi gərginlik daxildir. Bütün bu qlobal qeyri-müəyyənlik ölkələrin iqtisadi vəziyyətindən və s. asılı olaraq KOB-lara təsir edir. Lakin bir şey aydındır – KOB-lar milli iqtisadiyyatda əsas rol oynadığına görə, qlobal çağırışlar hökumətləri KOB inkişafı üzrə strategiya və yanaşmaları yenidən nəzərdən keçirməyə məcbur edir. Məqsəd isə qlobal qeyri-sabitliyə qarşı dayana bilən, dayanıqlı və həyat qabiliyyətli artım ekosisteminin formalaşdırılmasını təmin etməkdir”.