Azərbaycan Ombudsmanı Türkiyədə C-130 təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Ombudsmanı Türkiyə Hərbi Hava
Qüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya
uğraması ilə bağlı paylaşım edib.

Trend xəbər verir
ki, paylaşımda qeyd olunub: “Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus
C-130 tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması
nəticəsində hərbi qulluqçuların həlak olması barədə məlumat böyük
üzüntü ilə qarşılanmışdır.

Bu ağır faciə ilə əlaqədar qardaş Türkiyə Respublikasına, onun
xalqına, habelə həlak olan hərbi qulluqçuların ailələrinə və
yaxınlarına dərin hüznlə başsağlığı veririk, onlara səbr və
mərhəmət diləyirik.

Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq
münasibətləri xalqlarımızı hər zaman bir-birinə yaxın etmişdir. Bu
kədərli hadisə ilə bağlı dərdinizə şərik olur, həlak olanların
xatirəsini ehtiramla yad edirik.

Allah rəhmət etsin.”