Bakı. Trend:
ABŞ və İsveçrə növbəti iki həftə ərzində İsveçrə ixracına 15
faiz rüsumlar tətbiq etməyi nəzərdə tutan ticarət razılaşmasına
nail olmaq imkanına malikdirlər.
Trend-in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi
mənbələrə istinadən xəbər verib.
“Məsələnin mahiyyəti ilə tanış olan şəxslərin sözlərinə görə,
İsveçrə ABŞ-a ixrac edilən mallara 15% rüsüm tətbiq etmək üçün
razılığa gəlməyə yaxındır. Bu, ABŞ-nin avqust ayında İsveçrəni 39
faiz rüsumlarla cəzalandırmasından sonra böyük bir rahatlama
olardı”, – deyə bildirilib.
Mənbələr izah edib ki, razılaşmaların iki həftə ərzində əldə
edilməsi gözlənilsə də, hələlik heç bir qərar verilməyib.

