İtaliya millisinin sabiq üzvü ölkəsində oynayacaq

Baş səhifə

Bakı. Trend:

İtaliya millisinin sabiq üzvü Lorenzo İnsinye karyerasını
yenidən ölkəsində davam etdirə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı
yarımmüdafiəçi “Komo” ilə danışıq aparır.




Baş məşqçi Sesk Fabreqas İnsinyeni sərəncamında görmək istəyir.
“Toronto”dan ayrıldıqdan sonra klubsuz qalan İnsinye özü də
“Komo”da oynamağa hazırdır.

Təcrübəli futbolçu “Napoli”, “Kaveze”, “Foggia”, “Peskara”
klublarında da çıxış edib.