“Neftçi” klubu cərimələndi

Baş səhifə

AFFA İntizam Komitəsi “Neftçi” klubunu cərimələyib.

Metbuat.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Buna X turda “Kəpəz”lə matçın 75-ci dəqiqəsində meydana kənar şəxsin daxil olması səbəb olub.

“Ağ-qaralar” bu səbəbdən 2500 manat ziyana düşüb. Gəncə təmsilçisi isə sözügedən qarşılaşmada 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat ödəyəcək.

“Turan Tovuz” “Şamaxı” ilə dueldə 4 oyunçusu sarı vərəqə aldığı üçün, “Sumqayıt” isə “Araz-Naxçıvan”la görüşdə eyni hal yaşandığna görə 700 manat cərimələnib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.