VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan millisi ilk oyunda qələbə qazanıb

Baş səhifə
VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan millisi ilk oyunda qələbə qazanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə start verib.

“Report”un məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu yığma İran seçməsi ilə üz-üzə gəlib.

Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksindəki qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib – 3:0 (25:11, 25:16, 26:24)

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 6-da Tacikistan kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. İslamiada noyabrın 21-də başa çatacaq.