
Bakı. Trend:
2026-cı ilin dövlət büdcəsinin əsaslı xərclərindən İpoteka və
Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün
85 000 000 manat məbləğində vəsait nəzərdə
tutulur.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”
qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, 2026-cı ilin dövlət büdcəsində İpoteka və Kredit
Zəmanət Fondunun nizamnamə kapitalının artırılması və sahibkarlar
tərəfindən banklardan manatla alınmış (2018-ci il yanvarın 1-dən
2026-cı il dekabrın 31-dək olan dövr) kreditlərə hesablanmış
faizlərə görə subsidiyanın verilməsi üçün cəm olaraq nəzərdə
tutulmuş 100 000 000 manat məbləğində vəsait
Azərbaycan əhalisinin mənzilə olan tələbatının ödənilməsi və
vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi, həmçinin
sahibkarların fəaliyyətinin stimullaşdırılması üçün əlavə imkanlar
yaradacaq.

