Ukraynada sülh danışıqlarına başlamağın vaxtıdır – NATO admiralı

Baş səhifə

Bakı. Trend:

NATO hərbi komitəsinin rəhbəri admiral Cuzeppe Kavo Draqone
Ukrayna münaqişəsinin həllinin “dalana dirəndiyini” etiraf edərək
tərəfləri danışıqlara çağırıb.

Trend bu barədə
xarici KİV-lərə istinadən xəbər verir.

“Oturub danışmağın vaxtıdır, çünki Ukrayna münaqişəsi insan
həyatlarının mənasız itkisidir”, – deyə o bildirib.




Draqone qeyd edib ki, Şimali Atlantika Alyansı Kiyevə dəstəkdən
imtina etmək niyyətində deyil.

Admiral bu dəstəyin Ukraynanın uzunmüddətli sülh danışıqları
masası arxasında əyləşənədək davam edəcəyini vurğulayıb.