Çin astronavtlar kosmik stansiyaya çatıb

Baş səhifə

Bakı. Trend:

Çinin “Şencou-21” kosmik misisyasının astronavtları “Tienqon”
kosmik stansiyasına çatıb.

Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.




Məlumata görə, Çin Kosmos Agentliyi səhər erkən saatlarda
“Şencou-21” kosmik gəmisinin stansiya ilə birləşdiyini,
astronavtların stansiyaya keçdinin başladığını və prosesin uğurla
bitdiyini açıqlayıb.

Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan
kosmik stansiya idarəetmə mərkəzini və heyətin yaşayış yerini əhatə
edən əsas modul olan “Tianhe”dan və “Wentian” və “Mengtian” adlı
iki laboratoriya modulundan ibarətdir. “Tianhe” 2021-ci ilin
aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və
oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb.