Bakı. Trend:
HƏMAS-ın iki israilli əsirin meyitini qaytarmasının ardından
İsrail daha 30 fələstinlinin meyitini Qəzzaya təhvil verib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, meyit mübadiləsi ABŞ-nin vasitəçilik
etdiyi atəşkəs planı əsasında baş tutub.
Razılaşmaya əsasən, İsrail tərəfi HƏMAS-ın qaytardığı hər əsir
meyitinə görə 15 fələstinlinin meyitini Qəzzaya təhvil verməyi
öhdəsinə götürüb.
Beləliklə, bugünkü mübadilədən sonra Qəzzaya qaytarılan
meyitlərin sayı 225-ə çatıb.

