Bakı.Trend:
8 Noyabr – Zəfər günü ilə bağlı paytaxtda təşkil ediləcək
paradla əlaqədar Azadlıq Meydanındakı yeraltı avtodayanacağın
fəaliyyəti müvəqqəti dayandırılacaq.
Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, noyabrın 3-dən 9-dək Zəfər paradına hazırlıq
müddətində və bayram günündə yeraltı dayanacaq fəaliyyət
göstərməyəcək.

