
Bakı.Trend:
Naxçıvan-Culfa magistral avtomobil yolunun yaxınlığındakı
yarımtikilinin divarının bir hissəsinin uçması nəticəsində vətəndaş
dağıntı altında qalıb.
Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar
Respublikasının Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə
Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Naxçıvan-Culfa magistral avtomobil yolunun yaxınlığındakı
yarımtikilinin divarının bir hissəsinin uçması nəticəsində vətəndaş
dağıntı altında qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində dağıntı altında qalmış
2000-ci il təvəllüdlü Vəliyev Qurban Cəfər oğlunun meyiti
çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma
aparılır.

