Avropa İttifaqına üzv olmaq istəyirik – Gürcüstan prezidenti

Baş səhifə

Bakı. Trend:

Gürcüstanın Prezidenti, keçmiş futbolçu Mixail Kavelaşvili
ölkənin Avropa İttifaqının üzvlüyünə can atdığını bəyan edib.

Trend bu barədə
xarici KİV-lərə istinadən xəbər verir.




“Biz Avropa İttifaqına üzv olmaq istəyirik, Avropanın bir
parçası olmaq istəyirik. Avropanın bir parçası olmaq bizim
əcdadların arzusudur, çox nəsillər bunun arzusunu çəkib və bizim
ölkə Avropanın tamhüquqlu üzvü olmaqdan ötrü çoxsaylı
keşməkeşlərdən keçib”,- Kavelaşvili yerli telekanala müsahibəsində
bildirib.

Gürcüstan prezidenti qeyd edib ki, Avropa İttifaqına aparan yol
milli dəyərlərin və kimliyin qorunması ilə müşayiət olunmalıdır.
Kavelaşvili bildirib ki, Gürcüstanda avrointeqrasiya prosesi bu
günə qədər hələ də başlanmayıb.