
Bakı. Trend:
Əksər rayonlarda həkim çatışmazlığı müşahidə olunur.
Trend xəbər
verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı
direktoru Vüqar Qurbanov 27-ci Azərbaycan Beynəlxalq Tibb
İnnovasiyaları Sərgisi – “Medinex 2025″in açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında
deyib.
O bildirib ki, bu, təkcə Azərbaycanda deyil, demək olar ki,
bütün dünyada mövcud olan problemdir.
“Həkimlərin yetişdirilməsi uzunmüddətli bir prosesdir və bu
səbəbdən ölkədə, xüsusən də regionlarda bu çətinlik hiss olunur. Bu
problemi aradan qaldırmaq məqsədilə “Mental Klinika” layihəsi
həyata keçirilir. Layihə çərçivəsində ilin sonuna qədər elə bir
sahə qalmayacaq ki, orada hər hansı ixtisas üzrə həkim çatışmazlığı
mövcud olsun”, – deyə o əlavə edib.

