ABŞ Estoniyadakı kontingentinin sayını azaltmayacaq

Baş səhifə

Bakı. Trend:

Rəsmi Vaşinqton Estoniyanı ölkədəki hərbi kontingentin hazırkı
sayının olduğu kimi saxlanılacağı barədə məlumatlandırıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri
Hanno Pevkur açıqlama verib.




Nazirin bu reaksiyasından bir gün əvvəl Pentaqonun Rumıniyadakı
amerikalı hərbçilərin sayını azaldacağı barədə məlumat
yayılmışdı.

“Estoniyada olan amerikalı hərbçilərlə bağlı olaraq bizim üçün
müsbət qərar qəbul edilib. ABŞ xəbər verib ki, əməkdaşlığımız
əvvəlki miqyasda davam edəcək. Tərəfimdən Vaşinqtona bu əməkdaşlığı
daha da gücləndirməyə hazır olduğumuz barədə siqnal göndərilib”, –
deyə Estoniya müdafiə naziri bildirib.