Çin “Shenzhou-21” kosmik gəmisini orbital stansiyaya göndərəcək

Baş səhifə

Bakı. Trend:

Çin 31 oktyabrda göyərtəsində üç taykonavt olan “Shenzhou-21”
kosmik gəmisini milli orbital stansiyaya buraxacaq.

Trend xəbər verir
ki, bu barədə Çin İnsan Kosmik Uçuş Proqramı Administrasiyasının
rəsmi nümayəndəsi Çjan Çzinbo məlumat verib.




O bildirib ki, “Shenzhou-21” pilotlu kosmik gəmisi 31 oktyabrda,
Pekin vaxtı ilə saat 23:44-də Çinin şimalındakı Jiuquan Peyk
Buraxılış Mərkəzi yaxınlığından kosmosa çıxarılacaq.