Sudanda doğum evinə hücum nəticəsində 460-dan çox insan qətlə yetirilib

Baş səhifə

Bakı. Trend:

Sudanda “Çevik Dəstək Qüvvələri”nin (RSF) silahlıları doğum
evinə hücum edərək bütün həkimləri və xəstələri — ümumilikdə
460-dan çox insanı öldürüblər.

Trend xəbər verir
ki, bu barədə “Bild” nəşri məlumat yayıb.




Faciə Əl-Fəşər şəhərində yerləşən “Səudiyyə Doğum Evi”ndə baş
verib.

Qeyd olunur ki, RSF oktyabrın 25–26-da Əl-Fəşəri ələ keçirdikdən
sonra şəhərdə azı 1 500 silahsız mülki şəxsi qətlə yetirib.