Bakı. Trend:
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Omana səfəri
çərçivəsində bu ölkənin naziri Sultan bin Məhəmməd Əl Nomani ilə
görüşüb.
Trend xəbər verir ki, Ceyhun Bayramov bu barədə “X” hesabında
paylaşım edib.
“Oman Krallıq İdarəsinin naziri, general Sultan bin Məhəmməd Əl
Nümanini görməkdən məmnun oldum. Azərbaycan və Oman arasında
əlaqələrin dərinləşdirilməsi, ticarət, investisiya, turizm, təhsil
və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi barədə səmərəli
fikir mübadiləsi apardıq. BMT, İƏT və Qoşulmama Hərəkatı
çərçivəsində əməkdaşlığımızın möhkəmləndirilməsi, həmçinin dialoqun
və yüksək səviyyəli təmasların genişləndirilməsinin vacibliyini
vurğuladıq. Həmçinin hazırkı regional vəziyyəti müzakirə etdik”, –
deyə nazirin paylaşımında qeyd olunub.

