
Bakı. Trend:
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi-Hava
Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış
Kompleksinin birinci mərhələsi üzrə 1 mənzilin, Bakı şəhəri,
Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km,
“10L” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci
mərhələsi üzrə 7 mənzilin, Sumqayıt şəhəri, Bulvar küçəsi, 197
ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksi üzrə 10 mənzilin,
Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında
yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 10 mənzilin, Bakı şəhəri,
Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10 may küçəsi, 590 saylı sahə
ünvanında yerləşən Binəqədi Yaşayış Kompleksi üzrə 204 mənzilin,
Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan
Yaşayış Kompleksi üzrə 216 mənzilin, Yevlax şəhəri, Rəşad Budaqov
küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə 179
mənzilin, ümumilikdə 627 mənzilin satışı 3 dekabr 2025-ci il
tarixində saat 11:00-da başlayacaq və 12 dekabr 2025-ci il tarixi
saat 11:00-dək davam edəcəkdir.
Trend-in MİDA-ya istinadən verdiyi məlumata
görə, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə
əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin
seçimi 9 dekabr 2025-ci il tarixində saat 11:00-da başlayacaq və 12
dekabr 2025-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il
tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron
hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi
vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib
olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə
sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra
nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa
malikdir.
“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı
məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla
www.mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil
sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:
Satışa Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 1,
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 7, Sumqayıt
Yaşayış Kompleksi üzrə 10, Lənkəran Yaşayış Kompleksi üzrə 10,
Binəqədi Yaşayış Kompleksi üzrə 204, Şirvan Yaşayış Kompleksi üzrə
216, Yevlax Yaşayış Kompleksi üzrə 179 mənzil olmaqla, ümumilikdə
627 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli,
kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və
elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti
Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla
bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin
Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin:
Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə –
08.05.2018-ci il tarixli 25318 nömrəli müsbət rəyi;
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə –
20.10.2020-ci il tarixli 30325 nömrəli müsbət rəyi;
Sumqayıt Yaşayış Kompleksi üzrə – 10.10.2022-ci il tarixli 33774
nömrəli müsbət rəyi;
Lənkəran Yaşayış Kompleksi üzrə – 25.11.2021-ci il tarixli 32210
nömrəli müsbət rəyi;
Binəqədi Yaşayış Kompleksi üzrə – 27.04.2023-cü il tarixli 35053
nömrəli müsbət rəyi;
Şirvan Yaşayış Kompleksi üzrə – 03.07.2023-cü il tarixli 35409
nömrəli müsbət rəyi;
Yevlax Yaşayış Kompleksi üzrə – 09.12.2023-cü il tarixli 36452
nömrəli müsbət rəyi mövcuddur.
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi
Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, 2 saylı Sumqayıt Ərazi
İdarəsi, 10 saylı Lənkəran Ərazi İdarəsi, 13 saylı Şirvan Ərazi
İdarəsi və 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən mənzillərə
mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında
daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilmişdir.
Daha ətraflı linkdən məlumat ala bilərsiniz.

