
Bakı. Trend:
“Gmail” istifadəçilərinə milyonlarla hesabın təhlükə altında
olması ilə bağlı təcili xəbərdarlıq edilib.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, hadisə bu ilin aprel ayında baş verib, lakin
yaxın günlərdə məlumat sızmalarını izləyən “Have I Been Pwned”
platforması tərəfindən qeydə alınıb. 183 milyona yaxın e-poçt
hesabı və onlara aid parollar internetdə sızdırılıb.
Məlumat sızması kibercinayətkarlara yalnız e-poçt hesablarına
deyil, həm də “Gmail” vasitəsilə qoşulmuş digər onlayn hesab və
xidmətlərə daxil olmaq imkanı verə bilər.

