Azərbaycan və Belarus arasında əməkdaşlıq üzrə Yol Xəritəsinin icrası müzakirə edilib

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan Respublikası və Belarus
Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə
Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilir. İclasa
Azərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədri
Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirinin müavini,
Komissiyanın həmsədri Natalya Petkeviç rəhbərlik edir.

Trend-in
məlumatına görə, iclasda Komissiyanın fəaliyyətinin ötən dövr üzrə
nəticələri nəzərdən keçirilib.

Həmçinin 2024-2025-ci illəri əhatə edən əməkdaşlıq üzrə Yol
Xəritəsinin icrası ilə bağlı müzakirələr aparılıb.

Bundan əlavə, sənaye, kənd təsərrüfatı, maşınqayırma, şəhər
təsərrüfatı, farmasevtika, peşə təhsili, nəqliyyat-logistika,
ticarət və investisiya sahələrində konkret nəticələr və
irəliləyişlər qeyd edilib.