Azərbaycanda əmlak sığortası bazarı 10%-ə yaxın böyüyüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda əmlak
sığortası üzrə sığorta şirkətlərinin yığımları 182,665 milyon manat
təşkil edib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Bildirilib ki, bu göstərici 2024-cü ilin eyni ayları ilə
müqayisədə 16,4 milyon manat və ya 9,8% çoxdur.

Eyni zamanda, hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin
həcmi 31,329 milyon manat təşkil edib. Bu isə 2024-cü ilin
yanvar-sentyabr aylarındakı göstərici ilə müqayisədə 7,7 milyon
manat və ya 32,6% çoxdur.




Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı
16 sığorta şirkətinin xətti ilə 1,157 milyard manat sığorta haqqı
toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 133,5 milyon manat
və ya 13% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri
ödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib.

Bu isə illik müqayisədə 130,1 milyon manat və ya 23,5%
çoxdur.