“Real Madrid” “El Klassiko”da “Barselona”nı məğlub etdi

Baş səhifə

Bakı. Trend:

İspaniya La Liqasının 10-cu turunda keçirilən “El Klassiko”da
Madridin “Real” klubu “Barselona” üzərində qələbə qazanıb –
2:1.

Trend xəbər verir
ki, qarşılaşma “Santiago Bernabeu” stadionunda baş tutub və oyunu
baş hakim Sesar Soto Qrado idarə edib.

Matçın 22-ci dəqiqəsində Kilian Mbappé “Real”ı önə çıxarıb –
1:0. 38-ci dəqiqədə “Barselona”nın futbolçusu Fermin Lopez hesabı
bərabərləşdirib – 1:1.




43-cü dəqiqədə “Real”ın yarımmüdafiəçisi Cud Bellingem
komandasına qələbə qazandıran qolu vurub – 2:1. Matçın əlavə
vaxtında (90+10) “Barselona”nın oyunçusu Pedri ikinci sarı vərəqə
alaraq meydandan qovulub.

Qeyd edək ki, bu qələbə sayəsində “Real Madrid” 10 oyundan sonra
27 xalla La Liqada liderliyini möhkəmləndirib. “Barselona” isə 22
xalla ikinci pillədə qərarlaşıb.