
Bakı. Trend:
Avropa İttifaqı (Aİ) “Meta” və “TikTok” şirkətlərini Rəqəmsal
Xidmətlər Qanununun tələblərini pozmaqda ittiham edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir
Aİ Komissiyasının ilkin nəticələrinə əsasən, hər iki platforma
tədqiqatçılara ictimaiyyətə açıq məlumatlara çıxış imkanı verməyib.
Bundan əlavə, “Meta” istifadəçilərə “Facebook” və “Instagram”da
qanunsuz məzmunu bildirmək və məzmunla bağlı qərarlara etiraz etmək
üçün sadə və effektiv mexanizmlər təqdim etməyib.
Komissiya bildirir ki, ittihamlar təsdiqlənərsə, şirkətlərə
ciddi maliyyə sanksiyaları tətbiq oluna bilər. Qanuna görə, qayda
pozuntusuna yol verən platformalara Avropa bazarındakı illik
dövriyyələrinin 6 faizinə qədər cərimə kəsilə bilər.
Aİ həmçinin xəbərdarlıq edib ki, pozuntular təkrarlanarsa, həmin
şirkətlərin Avropadakı fəaliyyətinin dayandırılması gündəmə gələ
bilər.

